...

Vurğun Əyyub: "MSK-nın tərkibi paritet əsaslarla formalaşdırılarsa, Müsavat nümayəndəsini göndərəcək"

Siyasət Materials 7 İyun 2006 14:55 (UTC +04:00)

Müsavat Partiyası Mərkəzi Seçki Komissiyasına (MSK) yalnız o halda nümayəndəsini göndərə bilər ki, komissiyanın tərkibi paritet əsaslarla formalaşdırılsın. Bu barədə Trend ə Müsavat Partiyası sədrinin birinci müavini Vurğun Əyyub bildirib.

V.Əyyub onu dla qeyd edib ki, MSK-nın tərkibinin paritet əsaslarla formalaşdırılması ilə bağlı MSK və Milli Məclislə təkliflər göndərilib. Amma hələlik cavab yoxdur. Müsavat rəsmisi onu da bildirib ki, seçki komissiyası bir qüvvənin nəzarətində olmamalıdır: "Seçki Məcəlləsində nəzərdə tutulan parlamentdə azlıq təşkil edən partiyalar ifadəsi çıxarılmalıdır. Çünki bu partiyaların əksəriyyəti müstəqil deyillər".

V.Əyyub onu da vurğulayıb ki, MSK parlamentdə təmsil olan yalnız iqtidar və müxalifət partiyaları arasında paritet əsaslarla formalaşdırılmalıdır: "Eyni zamanda parlamentdə təmsil olmayıb lakin siyasi iradəsi olan partiyalar da öz nümayəndələrini seçki komissiyalarına göndərməlidirlər. Bu detallar prosesin sonrakı gedişində tənzimlənə bilər".

Xəbər lenti

Xəbər lenti