Azərbaycanın Konstitusiya Məhkəməsinin çıxardığı qərarla da təsdiqləndi ki, Milli Məclisə təkrar seçkilər tam qanuni keçirilib. Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.
M.Pənahov bildirib ki, təkrar seçkilərlə əlaqədar MSK-ya daxil olmuş bəzi cüzi şikayətlər istisna edilməklə ümumilikdə seçkilərin nəticələrindən narazı qalan olmayıb. Konstitusiya Məhkəməsi də ali orqan kimi həmin nəticələrin doğruluğunu təsdiqləyib.
"Bu bir daha göstərir ki, Azərbaycanda keçirilən seçkilərdə qanunauyğunluq və ədalət prinsipləri daim qorunur" - deyə M.Pənahov söyləyib.