...

Mahmud Xaqani:Yaxın Şərqin cəlb olunduğu yeni müharibə Xəzər regionuna da təsir göstərəcək

Siyasət Materials 7 İyun 2006 20:57 (UTC +04:00)

"Biz Yaxın Şərqin cəlb edilə biləcəyi müharibənin Xəzər regionuna da təsir göstərəcəyindən narahatıq". Bu barədə, Trend agentliyinin məlumatına əsasən, İranın Neft Nazirliyinin Xəzər dənizindəki neft və qaz üzrə direktoru Mahmud Xaqani jurnalistlərə bildirib.

Onun sözlərinə görə, 2003-cü ildən İraq muharibəsində oluduğu kimi "heç kim bu müharibənin neftə görə və ya neft uğrunda olduğuunu deməyəcək. Deyəcəklər ki, suveren dövlətin işğalı kütləvi qırğın silahı axtarışını doğruldur... Lakin İran nüvə silahı yaratmaq niyyətində deyil və bunun bir neçə səbəbi var. Birincisi, İran islam ölkəsidir, İslam isə sülh deməkdir. Regiondan kənar olan ölkələrin dəstəklədiyi mülki əhaliyə qarşı kimyəvi silahdan istifadə edən Səddam Hüseynin bizə sırıdığı İran-İraq müharibəsi zamanı silah alverçiləri İrana gələrək İraqdakı kimyəvi silahdan da yaxşı silah təklif etdilər. İmam Xomeyni isə bu təklifi rədd etdi. O dedi ki, İslama əsasən mülki əhali qırıla bilməz, yəni onlar günahkar deyil və ətraf mühiti kimyəvi silahla çirkləndirmək olmaz. İslamın nəzəriyyəsi belədir. Əgər İran kimyəvi silahdan istifadə etmir və bunu etmək fikrində deyilsə, heç vaxt nüvə silahını əldə etməyə çalışmayacaq. Bu vacib səbəbdir. İkincisi, kimə qarşı bu silahdan istifadə etmək olar?" -deyə M.Xaqani sual e

dib.

Onun bildirdiyi kimi, İsrail böyük nüvə silahı arsenalına malik və Nuvə Silahının Yayılmaması haqqında sazişin iştirakçısı olmayan Yaxın Şərq ölkəsidir və heç kim bu barədə danışmır.

Xəbər lenti

Xəbər lenti