...

Gəncədə musiqili fontanın açılışı oldu

Siyasət Materials 8 İyun 2006 13:32 (UTC +04:00)

Gəncə şəhərindəki Heydər Əliyev adına mərkəzi meydanda inşa edilən musiqili fontanın açılışı oldu. Açılış mərasimində şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov və digər sələhiyyətli şəxslər iştirak edirdi. Çıxışlar zamanı bildirildi ki, belə fontan keçmiş postsovet məkanında yalnız Tiflisdə olub, indi isə Gəncədə inşa olunub.

İcra başçısı Eldar Əzizov çıxışında qeyd edib ki, belə bir bahalı layihənin Gəncədə reallaşması ölkə başçısının bu şəhərə olan diqqətinin nəticəsidir. O, əlavə edib ki, Gəncə gözəlliklər şəhəridir. Bundan sonra bu istiqamətdə işlər daha da genişləniriləcək. Qeyd edək ki, fontan hidravlik və musiqili hissələrdən ibarətdir. Layihənin müəllifi Gürcüstan mütəxəssisi Şota Davidoviç Kananadzedir. Fontanda musiqiyə uyğun olaraq fəvvarələr hərəkət edir.

Xəbər lenti

Xəbər lenti