...

İran XİN başçısı təkrar Bakıya gələcək

Siyasət Materials 9 İyun 2006 13:34 (UTC +04:00)
İran XİN başçısı təkrar Bakıya gələcək

İranın xarici işlər naziri Mənuçöhr Möttəki Bakıya səfər etmək niyyətindədir. Bu barədə Trend ə İranın ölkəmizdəki səfirliyindən məlumat verilib.

Səfər İslam Konfransı Təşkilatı ölkələrinin xarici işlər nazirləri Şurasının iyunun 19-20-də Bakıda keçiriləcək iclasında iştirakla bağlıdır. Səfirlikdən bildirilib ki, səfər proqramı hələ məlum deyil.

Xatırladaq ki, sonuncu dəfə M.Möttəki Bakıda mayın 4-5-də İqtisadi Əməkdaşlıq Təşkilatı XİN başçılarının iclasında iştirak etmək üçün olub və bu təşkilatın sammitində İran prezidentini müşayiət edib.

Xəbər lenti

Xəbər lenti