...

Polşa Seyminin nümayəndə heyətinin Azərbaycana səfər proqramı açıqlanıb

Siyasət Materials 12 İyun 2006 11:53 (UTC +04:00)

İyunun 11-14-də Polşa Seyminin Avropa Birliyi ilə iş üzrə komissiyasının sədri, Seym və Senatın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Karol Karskinin rəhbərliyi ilə Polşa Senatının nümayəndələri Azərbacanda olacaq.

Polşanın Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, K.Karskinin səfəri Şəhidlər Xiyabanı və eks-prezident Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri qoymaqla başlanıb.

Səfər zamanı Polşa nümayəndə heyəti Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Daimi Komissiyasının sədri Səməd Seyidov, Azərbaycan-Polşa parlamentlərarası əməkdaşlıq işçi qrupunun üzvləri, xarici işlər nazirinin müavini Xələf Xələfov və iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovla görüşməyi planlaşdırır.

İyunun 14-də Polşa nümayəndə heyəti Quba və Xaçmaz rayonlarına baş çəkəcək. Səfirlikdən bildirilib ki, səfərdə məqsəd parlamentlərarası əlaqələri möhkəmləndirmək və təcrübə mübadiləsi aparmaqdan ibarətdir.

İyunun 13-də Polşa səfirliyinin binasında K.Karski mətbuat konfransı keçirəcək.

Xəbər lenti

Xəbər lenti