...

Azərbaycan və Rusiya iki ölkənin operativ sərhəd orqanlarının qarşılıqlı əlaqə planını imzalayıblar

Siyasət Materials 12 İyun 2006 13:46 (UTC +04:00)

Rusiya və Azərbaycan sərhədçilərinin birgə tədbiri "sərhəddəki kriminal qruplaşmalar və rüşvətlə aldadılmış ayrı-ayrı əməkdaşlar tərəfindən sərhəd reketini, demək olar ki, ləğv etməyə imkan yaradıb". Trend in İTAR-TASS-a istinadən bildirdiyi kimi, bu barədə bu gün Azərbaycan Sərhəd qoşunlarının Baş qərargahının general-leytenantı İnayət Xəlilov xəbər verib.

İ.Xəlilov Fedaral cənub dairəsi /FCD/ üzrə RF FTŞ Regional sərhəd idarəsinin /RSİ/ Rostov-na Donudakı görüşündə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin /DSX/ nümayəndə heyətinə rəhbərlik edib.

"Sərhədin Rusiya -Azərbaycan ərazisində vəziyyətin bu və ya digər dəyişikliklərinə adekvat surətdə reaksiya verməsi üçün kifayət qədər güc və vəsait var", - deyə RSİ rəisi general - polkovnik Nikolay Lisinski öz həmkarı ilə razılaşıb.

RSİ-nin mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə tərəflər dövlət sərhədinin Rusiya-Azərbaycan ərazisində, buraxılış məntəqələrində, həmçinin Xəzər dəniz akvatoriyasında yaranan əməli vəziyyət haqqında informasiya mübadiləsi aparıblar.

Görüşün yekunlarına görə iki ölkənin operativ sərhəd orqanlarının qarşılıqlı əlaqə planı imzalanıb.

Həmçinin N.Lisinski jurnalistlərə bildirib ki, Rusiya və Azərbaycan sərhəd idarələri rəhbərlərinin görüşü iyunun 20-21-də gözlənilir.

Xəbər lenti

Xəbər lenti