...

Milli Dirçəliş Hərəkatı iyunun 14-də İran səfirliyi qarşısında aksiya planlaşdırıb

Siyasət Materials 12 İyun 2006 18:54 (UTC +04:00)

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin (MSƏM) təsisçilərindən olan Milli Dirçəliş Hərəkatı (MDH) Güney Azərbaycanda soydaşlarımızın hüquqlarının tapdanmasına etriaz olaraq iyunun 14-də İran səfirliyi qarşısında aksiya planlaşdırıb. Bu barədə Trend ə MDH lideri Fərəc Quliyev bildirib.

Qeyd edək ki, MSƏM iyunun 7-də keçirilən toplantısında qərar qəbul edib ki, Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının tapdanmasına etiraz olaraq quruma daxil olan siyasi qüvvələr iyunun 12-dən növbəli şəkildə İran səfirliyi qarşısında aksiya keçirsinlər.

F.Quliyev qeyd edib ki, iyunun 13-də quruma daxil olan İsgəndər Həmidovun rəhəbrlik etdiyi Azərbaycan Milli Demokrat Partiyası İran səfirliyi qarşısında aksiya keçirəcək: "Biz isə aksiyamızı iyunun 14-də saat 15.00-da keçirəcəyik".

MSƏM-ə daxil olan Ümid Partiyasının mətbuat xidmətinin rəhbəri Ənvər Ağazadə isə aksiyanın gündəmdə olduğunu desə də nə vaxt keçirəcəklərini bildirməyib: "Biz aksiyamıza bir saat qalmış bu barədə mediaya məlumat verəcəyik".

Xəbər lenti

Xəbər lenti