...

Gürcüstan-Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyası üzrə ekspertlər görüşəcək

Siyasət Materials 13 İyun 2006 13:18 (UTC +04:00)
Gürcüstan-Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyası üzrə ekspertlər görüşəcək

Bu ayın sonu -gələn ayın əvvəlində sərhədlərin demarkasiyası və delimitasiyası məsələsi üzrə azərbaycanlı və gürcü ekspertləri Gürcüstanda görüşəcəklər. Trend in bildirdiyi kimi, bu barədə Torpaq və Kartoqrafiya üzrə Dövlət Komitəsinin başçısı Qərib Məmmədov xəbər verib.

Onun sözlərinə görə, Gürcüstanın Azərbaycanla sərhədinin uzunluğu 490 km-dir. Onun 98 km-i artıq razılaşdırılıb. Bu ölkə ilə demarkasiya və delimitasiya üzrə iş 5 ərazi və 24 yarımərazidə həyata keçirilir. Hazırda görülmüş işlər zamanı 13-15 yarımərazi üzrə sənəd hazırlanıb. "Bu sənədlər ekspertlərin görüşü zamanı razılaşdırılmalıdırlar", - deyə Q.Məmmədov bildirib.

Bu gün analoji işlər Rusiya - Azərbaycan sərhədində də davam edir. Bu sərhədin uzunluğu 370 km-dir. Demək olar ki, bütün mövcud məsələlər razılaşdırılıb. Q.Məmmədovun sözlərinə görə, yalnız üç ərazi - Balakən rayonundakı "Qovuşuq" adlı yer (Azərbaycan, Rusiya və Gürcüstanın dövlət sərhədlərinin qovuşduğu yer), "Su qovşağı" və Xaçmaz rayonundakı meşə sahəsi razılaşdırılmayıb.

Xəbər lenti

Xəbər lenti