...

Musa Quliyev: "Veteranlar haqqında" qanun yenidən işlənməlidir

Siyasət Materials 13 İyun 2006 15:58 (UTC +04:00)

"Veteranlar haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi, qanunun yenidən işlənməsi nəzərdə tutulub. Trend xəbər verir ki, bu barədə Milli Məclisin sosial-siyasət məsələləri daimi komissiyasının sədr müavini Musa Quliyev bildirib.

M.Quliyev bildirib ki, sözügedən qanunun yenidən işlənməsi ilə bağlı komissiya adından veteranlar təşkilatlarının rəhbərlərinə də müraciətlər edilib ki, öz təkliflərini versinlər. Komissiya sədrinin müavini "Veteranlar haqqında" qanunun yalnız 3-cü və 7-ci maddələrinə dəyişiklik edildiyini bildirib.

M.Quliyev onu da bildirib ki, nə qədər Qarabağ müharibəsi bitməyib veteran statusu ilə bağlı manipulyasiya hallarına yol veriləcək: "Adıçəkilən qanuna etdiymiz əlavə və dəyişikliklər artıq işləməyə başlayıb. Yarım il də gözləyək, lazım gələrsə sənədə yenidən baxmaq olar".

Xəbər lenti

Xəbər lenti