Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) Alma-Atı şəhərində keçirilən ikinci sammitinin yekununda bir sıra sənədlər imzalanıb.
Trend in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, ikinci sammitin bəyannaməsi iş xarakteri daşıyır. Bu bəyannamədə qlobal vəziyyətə diqqət yetirilir, həmçinin AQFETM dövlətlərinin Asiya və bütün dünyada təhlükəsizlik və əməkdaşlığın əsas problemlərinə, o cümlədən BMT -nin islah edilməsi, kütləvi qırğın silahlarının yayılmaması, regional münaqişələrin həlli, zəmanənin yeni çağırış və təhdidlərinə müqavimət, sivilizasiya dialoqunun sonrakı inkişafına baxışı əks olunub.
Xarici işlər nazirləri və üzv dövlətlərin səlahiyyətli nümayəndələri AQFETM Katibliyi barədə Saziş imzalayıblar. Saziş forumun işçi aləti olmalı, Müşavirə çərçivəsində tədbirlərin dəstəklənməsi, etimad tədbirlərinin reallaşması üçün məlumatlar toplanması və yayılması üzrə gündəlik praktiki iş aparmalıdır.
Sazişə müvafiq olaraq, katibliyə yalnız inzibati-texniki funksiyalar verilib, o, məhdud əməkdaş ştatına malikdir (səkkiz-on nəfər) ki, onların bir hissəsi vəzifəyə təyin olunma prinsipi əsasında üzv dövlətlərin diplomatik nümayəndəliklərinin tərkibindən ezam ediləcəklər.