...

Abdulla Gül: Afina ilk dəfə olaraq Kipr probleminin nizamlanmasında iştirak etmək istəyini bildirib ki, bu da təqdirəlayiqdir

Siyasət Materials 20 İyun 2006 19:39 (UTC +04:00)

Yunanıstan ilk dəfə olaraq Kipr probleminin nizamlanmasında iştirak etmək istəyini bildirib ki, bu da təqdirəlayiqdir. Bu barədə, Trend agentliyinin "Anadolu"ya istinadən yaydığı məlumata əsasən, İKT-nin Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyasında iştirak etmək üçün iyunun 20-də Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Abdulla Gül jurnalistlərlə söhbət zamanı bildirib.

"İndiyə qədər Afina Kipr probleminin nizamlanmasında iştirakı haqqında bəyan edir, Ankara isə təminatçı dövlət olduğunu bildirirdi. Yunanıstanın yeni mövqeyi təqdirəlayiqdir" - deyə A.Gül qeyd edib. O əlavə edib ki, Türkiyə və Yunanıstan tərəfindən zəmanət olmadan bu poblemin NATO tərəfindən həlli mümkünsüzdür.

Bu mənada, A. Gülün sözlərinə görə, Kipr məsələsinin Yunanıstan, Türkiyə və Kiprın hər iki icmasının iştirakı ilə müzakirəsinin vaxtı gəlib çatıb. Türkiyənin xarici işlər naziri xatırladıb ki, Afina daim Ankaranın münaqişənin sülh yolu ilə nizamlanması istiqamətindəki təşəbbüslərini qulaqardına vurub. Halbuki Ankara danışıqların dövrdtərəfli formatında təkid edib.

Xəbər lenti

Xəbər lenti