...

AMİP-in qurultayında Etibar Məmmədov partiyanın lideri elan olunacaq

Siyasət Materials 21 İyun 2006 17:27 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) iyunun 25-də keçiriləcək qurultayında Etibar Məmmədov yenidən partiyanın lideri elan olunacaq. Bu barədə Trend ə AMİP-in mətbuat xidmətinin rəhbəri Əli Orucov məlumat verib.

O bilidrib ki, qurultaya hazırlıq işləri artıq başa çatdırılıb. AMİP-in sədri postuna 4 nəfər namizədliyini irəli sürüb. Əli Orucovun sözlərinə görə, qurultayın gedişində də kimlərinsə sədrliyə namizədliyini irəli sürəcəyi gözlənilir. Partiya yunksioneri bildirib ki, qurultayda partiyanın nizamnaməsinə bəzi dəyişikliklər olunacaq, həmçinin sədrə yeni səlahiyyətlər verilməsi, partiyanın strauturunda dəyişikliklər edilməsi, yeni katibliklərin yaranması, seçkili qurumların tərkibində dəyişikliklər edilməsi də gözlənilir.

Nizamnaməyə əsasən partiyada lider postu saxlanılacaq və AMİP-in qurucusu olan Etibar Məmmədov partiyanın lideri elan ediləcək. Qeyd edək ki, AMİP-in Nizamnaməsinə əsasən, partiyanın liderinin yalnız zəruri hallarda fövqəladə qurultayı çağırmaq səlahiyyəti var.

AMİP-in qurultayı iyunun 25-də "Hyatt Recensy" otelinin Quba zalında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti