...

Ümid Partiyasının sədri ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru ilə görüşüb

Siyasət Materials 21 İyun 2006 18:22 (UTC +04:00)

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə partiyanın qərargahında ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycan üzrə direktoru xanım Emi Şultsla görüşüb. Bu barədə Trend ə adıçəkilən partiyanın mətbuat xidmətindən bildiriblər.

Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, təkrar bələdiyyə seçkiləri müzakirə olunub. İ.Ağazadə E.Şultsa partiya tərəfindən Milli Məclisə təqdim olunan "Siyasi partiyalar haqqında" və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun layihələri ilə bağlı məlumat verib. Millət vəkili onu da bildirib ki, bələdiyyələrin statusu aşağıdır və bir çox hallarda isə yerli icra hakimiyyəti orqanları bələdiyyələri öz nəzarətində saxlayır. İ.Ağazadə bələdiyyələrin statusunun artırılması ilə bağlı partiyanın təkliflərini MDİ-nin direktorunun diqqətinə çatdırıb.

Görüşdə Ümid partiyasının sədri bu yaxınlarda Ağdam bölgəsinə etdiyi səfərdən və orada yerli əhali ilə keçirdiyi görüşlərdən də danışıb.

Xəbər lenti

Xəbər lenti