İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu BMT-nin baş katibi Kofi Annanın adına Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində meşə və yaşayış məntəqələrinin məhvi ilə bağlı məsələnin öz əksini tapdığı məktub göndərəcək. Bu barədə Trend in müxbirinin sualına cavab verən İKT baş katibi Ekmələddin İhsanoğlu bəyan edib.
O qeyd edib ki, işğal olunmuş ərazilərin kosmik şəkilləri ilə şəxsən tanış olub. E.İhsanoğlu bildirib ki, İKT XİN başçılarının 33-cü sessiyasının iştirakçıları "erməni vandalizmi faktlarından dəhşətə gəlib".