...

Sankt-Peterburqda keçiriləcək G-8 sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü istisna edilmir

Siyasət Materials 27 İyun 2006 10:47 (UTC +04:00)
Sankt-Peterburqda keçiriləcək G-8 sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü istisna edilmir

Sankt-Peterburqda keçiriləcək G-8 sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü istisna edilmir. Trend in ATI telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə jurnalistlərlə söhbətində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.

Onun sözlərinə görə, bu sammitədək ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayzanın regiona səfəri gözlənilir. "Yalnız bu səfərdən sonra həmsədrlərin mövqeyi məlum olacaq. XİN başçılarının görüşündən sonra isə dövlət başçıları arasında görüşün keçirilməsi məsələsi aydınlaşacaq",- deyə E.Məmmədyarov qeyd edib.

Nazir bildirib ki, ATƏT-in amerikalı həmsədrinin bəzi detallarını açıqladığı çərçivə sazişi də aktualdır.

Bu sənəddə Dağlıq Qarabağın statusu məsələsi öz əksini tapıb. "Ancaq konseptual məsələləri həll etmək lazımdır. Yəni əgər tərəflər Dağlıq Qarabağın iki icmasının sülh şəraitində yaşaması ilə bağlı razılığa gələrsə, status məsələsi müzakirə olunacaq. Əlbəttə, Dağlıq Qarabağa status verilməlidir. Bu statusun Naxçıvan Muxtar Respublikası və ya Tatarıstan və Başqırdıstanın statusu ilə eyni olacağını müəyyən etmək lazımdır. Bütün bunlar qarşıdakı müzakirələrin predmeti olacaq", - deyə XİN başçısı bildirib.

Xəbər lenti

Xəbər lenti