...

Azərbaycan-Sloveniya hökumətlərarası komissiyası yaradılacaq

Siyasət Materials 27 İyun 2006 13:08 (UTC +04:00)

İlin sonunadək Azərbaycan-Sloveniya hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyası yaradıla bilər.

Bu barədə Trend ə eksklüziv olaraq Sloveniyanın Azərbaycandakı fəxri konsulu Borut Mequşar (Borut Megusar) bildirib.

Onun sözlərinə görə, komissiyanın yaradılması ideyası çoxdan mövcuddur və hazırda hər iki ölkə hökumətində bu təklifə baxılır. Belə komissiyanın yaradılması iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın inkişafını, ötən il cəmi $5 mln məbləğində həyata keçirilmiş və böyük hissəsinin dərman preparatlarının təşkil etdiyi mal dövriyyəsinin həcminin artırılması imkanlarını genişləndirərdi.

Diplomat qeyd edib ki, artıq Sloveniyanın Azərbaycanda məişət texnikası, əczaçılıq və s. üzrə bir sıra şirkəti fəaliyyət göstərir. "Belə şirkətlərin sayını artırmaq istərdik", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti