...

AB Avropa Qonşuluq siyasəti çərçivəsində fəaliyyət planı layihəsinə dair Azərbaycandan cavab gözləyir

Siyasət Materials 27 İyun 2006 16:26 (UTC +04:00)

Avropa Birliyi (AB) Avropa qonşuluq siyasəti çərçivəsində fəaliyyət planı layihəsinə dair Azərbaycandan cavab gözləyir. Bu barədə Trend ə Azərbaycanın Benelüks ölkələrindəki səfiri Arif Məmmədov bildirib.

Sənədin layihəsi ilk dəfə olaraq dekabrda Bakıda müzakirə olunub, danışıqların 2-ci raundu isə Brüsseldə martın 7-də baş tutub. Növbəti danışıqlar mərhələsi mayın 15-də Bakıda keçirilməli idi, lakin təxirə salındı. Hazırda 5 ilə nəzərdə tutulmuş sənəd Azərbaycanın müvafiq qurumları və nazirlikləri arasında müzakirə olunur.

AB missisyasına danışıqlarda Mərkəzi və Şərqi Avropa ilə əlaqələr üzrə baş direktor Hyuq Minqarelli rəhbərlik edəcək. Azərbaycan tərəfinə isə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev başçılıq edəcək.

Sənədlərin razılaşdırılması AB-Azərbaycan əməkdaşlığı üzrə Şuranın noyabr iclasınadək başa çatmalıdır.

Xəbər lenti

Xəbər lenti