...

Andreas Qross AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi vəzifəsindən imtina edib

Siyasət Materials 29 İyun 2006 16:27 (UTC +04:00)
Andreas Qross AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi vəzifəsindən imtina edib

Andreas Qross Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi vəzifəsindən imtina edib. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini Gültəkin Hacıyeva bildirib.

G.Hacıyeva qeyd edib ki, A.Qross imtinasını AŞPA-nın monitorinq komitəsinin iclasında edib. Millət vəkili qeyd edib ki, bundan sonra qurumun Azərbaycan üzrə həmməruzəçisi vəzifəsini Böyük Britaniyadan olan deputat Toni Lloyd həyata keçirəcək. T.Loyd Böyük Britaniyanın qurumdakı nümayəndə heyətinin rəhbəridir. A.Qross isə Serbiya üzrə məruzəçi təyin olunub.

Xəbər lenti

Xəbər lenti