...

BAXCP bələdiyyə seçkilərinə diqqətini artırıb

Siyasət Materials 30 İyun 2006 13:55 (UTC +04:00)

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) təkrar bələdiyyə seçkilərinə diqqətini artırıb. Bu barədə Trend ə BAXCP-nin xarici məsələlər üzrə katibi Elçin Mirzəbəyli bildirib.

E.Mirzəbəyli qeyd edib ki, oktyabrda bələdiyyələrdə boş qalan yerlərə təkrar seçkilərin keçirilməsi 2004-ci ildə keçirilən bələdiyyə seçkilərinin davamı olduğundan BAXCP-nin bu prosesdə iştirakı ilə bağlı xüsusi qərarı yoxdur: "Düzdür, 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində partiyamız bəzi səbəblərə - qeydiyyata alınmaması, "Bələdiyyələrin statusu haqqında" qanunun prinsiplərimizlə ust-üstə düşməməsi və Seçki Məcəlləsində bələdiyyələrlə bağlı bəzi müddəalara iradlarımıza görə tam formada iştirak etmədi. Amma indi bu məsələlər öz həllini tapdığından təkrar bələdiyyə seçkilərində iştirak etmək marağımız artıb".

BAXCP rəsmisi onu da vurğulayıb ki, onlar Bakı və Gəncə şəhərlərinin bələdiyyəsinin olması təklifi ilə də çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti