...

Bakıda Azərbaycan və Misirin Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr aparılır

Siyasət Materials 30 İyun 2006 14:44 (UTC +04:00)

İyunun 30-da Bakıda Azərbaycan və Misirin Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr başlanıb.

Məsləhətləşmələr Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfovun, Misir tərəfindən isə XİN başçısının Avropa ölkələri üzrə müavini xanım Fatma Əl Zəhra Etmanın başçılıq etdiyi iki ölkənin Xarici İşlər Nazirliklərinin nümayəndə heyətləri arasında keçirilir.

Məsləhətləşmələrin gündəliyinə siyasi və iqtisadi əməkdaşlıqdan humanitar məsələlərə qədər əməkdaşlıq məsələlərinin geniş spektri daxildir. Məsləhətləşmələr ötən ilin iyul ayında Misirdə keçirilmiş ikitərəfli danışıqların davamıdır.

Misir Azərbaycanla hərtərəfli münasibətlərin inkişafında maraqlıdır. Bu barədə Bakıya gələrkən jurnalistlərə verdiyi müsahibəsində Fatma Əl Zəhra Etman bildirib. "Biz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq prinsiplər çərçivəsində həllini dəstəkləyirik", - deyə o vurğulayıb. Nazir müavini həmçinin bildirib ki, Azərbaycanın XİN başçısına onun həmkarından məktub təqdim edəcək.

Misirin nazir müavininin səfər proqramına iqtisadi inkişaf naziri Heydər Babayev və təhsil naziri Misir Mərdanovla görüşlər də daxildir.

Xəbər lenti

Xəbər lenti