"Qafqaz parlamenti dördlüyü" görüşündə iştirak etmək üçün Azərbaycan Milli Məclis rəhbərliyinə rəsmi müraciət daxil olmayıb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, Rusiya Federasiya Şurasının spikeri Sergey Mironov Strasburqda keçirdiyi mətbuat konfransında bildirib ki, "Qafqaz parlamenti dördlüyü"nün görüşlərinin bərpa edilməsi nəzərdə tutulub. Onun sözlərinə görə bu məsələ ilə bağlı hazırda Azərbaycan, Gürcüstan və Ermənistan parlament rəhbərləri ilə görüşün yeri və formatı barədə danışıqlar aparılır.
S.Mironov onu da vurğulayıb ki, görüş ya Gürcüstan, ya da Rusiyada keçiriləcək.
Mətbuat xidmətindən onu da söyləyiblər ki, ola bilər danışıqlar hələlik ekspertlər səviyyəsində aparılır.