...

21 özəl çimərlikdə yeni xilasetmə postu yaradılıb

Siyasət Materials 3 İyul 2006 16:12 (UTC +04:00)

Son bir ay ərzində 21 özəl çimərlikdə yeni xilasetmə postu yaradılıb. Bu barədə Trend ə Fövqəladə Hallar Nazirliyinin Sulardan Xilasetmə Xidmətinin sektor müdiri Rafiq Ağayev məlumat verib.

Müasir avadanlıqlarla təchiz olunan, lazımi tələblərə cavab verən və müşahidə qülləsi tikilən həmin xilasetmə postları Əzizbəyov rayonunun Mərdəkan, Səbail rayonunun Şıx, Binəqədi rayonunun Novxanı çimərlikləri, Sumqyıt - Corat zonaları üzrə yaradılıb.

Abşeron rayonunun sahilyanı ərazilərində isə son illər ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yaradılmış çimərliklərin əksəriyyətində xilasedicilər və xilasetmə avadanlığı olmadığına görə həmin çimərliklərin sahiblərinə isə FHN Sulardan Xilasetmə Xidməti tərəfindən rəsmi şəkildə xəbərdarlıq edilib.

Ümumilikdə tələblərə cavab vermədiyinə görə 35 çimərliyin fəaliyyəti dayandırılıb.

Xəbər lenti

Xəbər lenti