...

İrkali Çoqovadze: "Gürcüstan Bakıda da Bakı-Axalkalaki-Qars layihəsi üzrə danışıqlar aparacaq"

Siyasət Materials 5 İyul 2006 11:22 (UTC +04:00)
İrkali Çoqovadze: "Gürcüstan Bakıda da Bakı-Axalkalaki-Qars layihəsi üzrə danışıqlar aparacaq"

"Şahdəniz" yatağından hasil edilən qazın Gürcüstanın payına düşən hissəsinin artırılması və Bakı-Axalkalaki-Qars dəmir yolunun inşası bizim Bakıda aparacağımız danışıqların əsas mövzusu olacaq". Bu barədə Trend in xüsusi müxbirinə iyulun 5-də Bakıya yola düşməzdən əvvəl Gürcüstanın iqtisadi inkişaf naziri İrakli Çoqovadze bəyan edib.

O, baş nazir Zurab Noqaidelinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinin tərkibinə daxildir.

"Bu dəmir yolu layihəsi bizim üçün çox mühümdür və səfərimiz zamanı Bakıda və Tiflisdə aparılmış müzakirələrə yekun vurulacaq", - deyə nazir bildirib.

O vurğulayıb ki, Bakıda danışıqlar çərçivəsində bu layihənin inkişaf edəcəyi gələcək yollar dəqiq müəyyən edilməlidir. "Gürcüstan bu layihənin gerçəkləşdirilməsində maraqlıdır və bunun üçün bütün gücünü sərf edəcək", - deyə Trend ilə söhbətində İ.Çoqovadze vurğulayıb.

Xəbər lenti

Xəbər lenti