Azərbaycanda səfərdə olan Gürcüstanın baş naziri Zurab Noqaideli iyulun 5-də Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Trend in məlumatına görə, gürcü baş nazirinin adından ümummilli liderin məzarı önünə əklil qoyulub.
Z.Noqaideli H.Əliyevin ruhunu ehtiramla yad edib. Sonra o, Azərbaycan Respublikası Nazirlər Kabinetinə yola düşüb.