...

Eldəniz Quliyev: "Demokratik düşərgə həmişə bir addım gecikir"

Siyasət Materials 5 İyul 2006 13:53 (UTC +04:00)

Azərbaycan müxalifətinin çatışmayan cəhətlərindən biri onun mübarizə konsepsiyasının olmamasıdır. Bu barədə Trend ə "Yeni Siyasət" blokunun həmtəsisçisi Azərbaycan Ziyalı Hərəkatının (AZH) lideri Eldəniz Quliyev bildirib.

E.Quliyev onu da vurğulayıb ki, "Yes"in də gələcəkdə fəaliyyət göstərməsi üçün mübarizə fəlsəfəsi olmalıdır: "Hesab edirəm ki, blok gələcəkdə ictimai-siyasi hərəkat kimi fəaliyyət göstərməlidir. İlk növbədə onun mübarizə fəlsəfəsi işlənilib hazırlanmalıdır". AZH lider ionu da bildirib ki, müxalifətin çatışmayan cəhətlərindən biri ondan ibarətdir ki, burada heç zaman mübarizənin konsepsiyası ortaya qoyulmayıb: "Bu isə düzgün deyil. Müxalifət demokratik qüvvəyə çevrilmək üçün nəhayət dərk etməlidir ki, hər şeyə yox deməməlidir, müqavimət göstərməlidir. Hər şeyi inkar etmək düzgün yol deyil".

E.Quliyev iyulun 5-də "Azadlıq" siyasi blokunun təşəbbüsü ilə "Ölkədə vətəndaş cəmiyyətinin vəziyyəti" mövzusunda keçirilən konfransa işarə edərək bildirib ki, demokratik düşərgə həmişə bir addım gecikir: "Bu eonfrans on il bundan öncə keçirilməliydi. Hər şeyi dəblə etmək olmaz. Vətəndaş cəmiyyəti uğrunda mübarizə lazım olanda hakimiyyət uğrunda mübarizə aparılır. Hakimiyyət uğrunda mübarizə aparmaq lazım olanda demokratiya uğrunda mübarizə aparılır".

Xəbər lenti

Xəbər lenti