...

ABŞ traffikinqlə mübarizədə Azərbaycan ilə əməkdaşlığn səviyyəsini yüksək qiymətləndirir

Siyasət Materials 7 İyul 2006 12:03 (UTC +04:00)

"ABŞ traffikinqlə mübarizədə Azərbaycan ilə əməkdaşlığn səviyyəsini yüksək qiymətləndirir və ABŞ Dövlət Departamentinin dünya ölkələrində insan alveri sahəsində vəziyyətlə bağlı hazırladığı məruzədə Azərbaycanın dövlətlərin ikinci kateqoriyasına daxil edilməsi bizi çox sevindirir". Trend in xəbər verdiyi kimi, bu barədə iyulun 7-də respublikada insan alveri qurbanları üçün qaynar xətt və sığınacaq təmin edən personal üçün təlimlərin yekunları üzrə keçirilən mətbuat konfransında ABŞ səfirliyinin ictimaiyyətlə iş üzrə şöbəsinin rəhbəri Conatan Henik bəyan edib.

O qeyd edib ki, 2005-ci ildə Azərbaycanda rəsmi statistika üzrə 231 nəfər traffikinq qurbanının müraciəti qeydə alınıb. C.Henikin fikrincə, bu rəqəm çətin ki, reallığı əks etdirsin. Onun sözlərinə görə, bir çox insan alveri qurbanları müvafiq ərizə ilə müraciət etmir və bu da onların rəsmi siyahılara daxil edilməsinə imkan vermir.

"Azərbaycanda traffikinqin 3 əsas istiqaməti müəyyən olunub: fahişəlik, məcburi iş və hərbi muzd", - deyə ABŞ səfirliyinin şöbə müdiri qeyd edib.

Onun sözlərinə görə, ABŞ hökuməti respublikada bu istiqamətdə aparılan işlərə dəstək məqsədilə 350 min dollar vəsait ayırıb. C.Henik bildirib ki, bu sahədə yeni qanunvericilik aktları , o cümlədən insan alveri ilə mübarizədə dövlət fəaliyyət planının gerçəkləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Xəbər lenti

Xəbər lenti