...

Eldar İbrahimov: "Qoran Lenmarkerin ATƏT PA-ya sədr seçilməsi Azərbaycanın xeyrinədir"

Siyasət Materials 8 İyul 2006 12:37 (UTC +04:00)
Eldar İbrahimov: "Qoran Lenmarkerin ATƏT PA-ya sədr seçilməsi Azərbaycanın xeyrinədir"

ATƏT PA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi olan Qoran Lenmarkerin qurumun sədri seçilməsinin Azərbaycana xeyri var. Bu barədə Trend ə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini, Milli Məclisin aqrar siyasət məsələləri daimi komissiyasının sədri Eldar İbrahimov bildirib.

Qeyd edək ki, isveçli deputat Qoran Lenmarker ATƏT PA-nın iyunun 3-7-də Brüsseldə keçirilən yay sessiyasında qurumun sədri seçilib. E.İbrahimov vurğulayıb ki, Q.Lenmarker Dağlıq Qarabağ problemi ilə bağlı yetərincə məlumata malikdir. "Məruzəçi olduğu dönəmdə bir neçə dəfə bölgəyə gələn Qoran Lenmarker məsələnin nə yerdə olduğunu yaxşı dərk edir. Ümid edirik ki, Dağlıq Qarabağ məsələsinin ATƏT PA-da müzakirəsi ilə bağlı hər hansı bir qərarın qəbul olunmasına onun sədr kimi təsir etməsinə böyük imkanı var".

E.İbarhimov onu da vurğulayıb ki, ATƏT PA-nın Dağlıq Qarabağ üzrə yeni məruzəçisi Qoran Lenmarker tərəfindən təyin olunacaq.

Xəbər lenti

Xəbər lenti