...

AMİP Mərkəzi İntizam Komissiyasının yeni sədri seçilib

Siyasət Materials 12 İyul 2006 13:00 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi İntizam Komissiyasının (MİK) ilk iclası keçirilib. Bu barədə Trend ə AMİP-in mətbuat xidmətinin rəhbəri Əli Orucov bildirib.

MİK-in iclasında təşkilati məsələlərə baxılıb və Aydın Əliyev komissiyaya sədr seçilib. Ə.Orucov onu da qeyd edib ki, MİK-in tərkibi 9 üzvdən və 3 namizəddən ibarətdir: "Namizədlərin səs vermə hüququ yoxdur. Onlar ancaq müəyyən səbəblər üzündən səsvermədə iştirak etməyən üzvlərin yerinə səs verə bilərlər".

AMİP rəsmisi onu da vurğulayıb ki, MİK-in vəzifəsi partiyanın fəaliyyətini nəzarət etməkdir. Ə.Orucov partiyanın oktyabrın 6-da bələdiyyələrdə boş qalan yerlərə keçiriləcək təkrar seçkilərə hazırlıqla bağlı məlumat da verib. Bildirib ki, artıq namizədlərin müəyyənləşdirilməsi prosesi partiyanın rayon təşkilatlarında aparılır: "Namizədlər müəyyənləşdirildikdən sonra partiyanın rəhbərliyi onların seçki təbliğatı ilə məşğul olacaq".

Xəbər lenti

Xəbər lenti