...

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr keçirən dəstə yaxalanıb

Siyasət Materials 12 İyul 2006 16:56 (UTC +04:00)

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Azərbycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib. Bu barədə Trend ə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ictimai əlaqələr mərkəzindən məlumat verilib.

Bu il iyulun 7-də Beyləqan rayonunun Asqallar kənd sakini, 1962-ci il təvəllüdlü Məhərrəmov Rasimin idarə etdiyi "VAZ-2106" markalı avtomaşından narkotik vasitələr - 2 qram heroin, 30 qrama yaxın marixuana aşkarlandıqdan sonra həmin gün onun evinə baxış keçirilib. Nəticədə əlavə olaraq külli miqdarda narkotik vasitələr - ümumi çəkisi 9 kq olan 859 qram marixuana və 279 qr heroin aşkarlanıb. Görülmüş operativ tədbirlər nəticəsində mütəşəkkil dəstənin digər üzvləri - Beyləqan rayonunun Eyvazlılar kənd sakini, 1960-cı il təvəllüdlü Qarayev Talıb, Ağcəbədi rayonunun Avşar kənd sakini, 1966-cı il təvəllüdlü Məmmədov Elçin saxlanılıb.

Müəyyən edilib ki, onlar əlbir olaraq şəxsiyyəti istiantaq tərəfindən araşdırılan İran vətəndaşı Yəhya adlı şəxsə narkotik vasitə sifariş veriblər. Dövlət sərhədinin neytral zolağında mal-qara otarmaq icazəsi olan Talıb Qarayev iyulun 7-də İran-Azərbaycan dövlət sərhədinin Beyləqan rayonu istiqamətində qaçaqmalçılıq yolu ilə həmin narkotiv vasitələri Yəhyadan alıbş, sonra onu xəlvət yolla Rasim Məhərrəmova çatdırıb. Faktla bağlı MTN-nin İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəllsinin 206.4-cü, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinə başlanılıb.

Xəbər lenti

Xəbər lenti