...

Salyanda pambıq tarlalarına lazımi xidmət göstərilir

Siyasət Materials 13 İyul 2006 18:42 (UTC +04:00)

Son illər Salyanda taxılçılıq və heyvandarlıqla yanaşı, pambıqçılığın inkişafına da xüsusi diqqət yetirilir. Torpaq islahatından sonra əkin sahələri kənd əhalisi arasında bölüşdürüldüyündən kəndli hansı məhsulu əkəcəyini artıq özü müəyyənləşdirir.

Əvvəllər pambıqçılığa bir o qədər də maraqlı olmayan kəndlinin bu sahəyə diqqət verməsi təsadüfi deyil, çünki strateji məhsul olan pambıq ən gəlirli sahələrdən birinə çevrilməkdədir. Rayon statistika idarəsinin verdiyi məlumata görə, bu il torpaq mülkiyyətçiləri tərəfindən rayon uzrə 5140 hekiar sahədə pambıq əkilmişdir. Əkindən əvvəl torpaq normal dərinlikdə şümlanmış, əksər sahələrdə yaz aratı aparılmış, bundan sonra ciyit səpilmişdir. Əvvəlki illərlə müqayisədə bu il havaların isti və quraq keçməsi nəticəsində bəzi ərazilərdə çıxış alınmamışdır. Buna baxmayaraq, həmin yerlərdə də təkrar səpin aparılmışdır. Artıq hər yerdə normal çıxış alınmışdır. Xeyli vaxtdır ki, pambıq tarlalarında becərmə işləri aparılır. Sahələrdən alaq otları təmizlənir, cərgə arasına kultivasiya keçirilir və digər aqrotexniki təçbirlər həyata keçirilir. Hazırda isə pambıq tarlaları suvarılır. Mütəxəssislərin fıikrincə, bu il əlverişli hava şəraiti olarsa, yığım mövsümündə pambıq taprlalarından əvvəlki ilə nisbətən daha çox məhsul götürməyə imkan var.

Xəbər lenti

Xəbər lenti