...

Üç gənclər təşkilatı birləşib

Siyasət Materials 14 İyul 2006 13:40 (UTC +04:00)

Azərbaycan Demokratik Tələbə Gənclər Birliyi, Azad Azərbaycan Gənclər Birliyi və Azərbaycan Demokratik Gənclik Hərəkatı Azad və Demokratik Gənclər Birliyi adı altında birləşiblər. Trend xəbər verir ki, bununla bağlı adıçəkilən təşkilat sədrləri iyulun 14-də mətbuat konfransı keçiriblər.

Mətbuat konfransını açan Azərbaycan Demokratik Tələbə Gənclər Birliyinin sədri Rəşad Xasayoğlu bildirib ki, birləşməkdə məqsəd Milli problemlərin həlli olunması ilə bağlı gənclərin gücünü səfərbər etməkdir: "Qərara almışıq ki, Azərbaycan gəncliyi, Dağlıq Qarabağ problemi ilə bağlı birgə aktiv siyasətə qoşulaq".

R.Xasayoğlu onu da bildirib ki, avqustda təsis konfransları olacaq. Sentyabr ayından isə yeni təşkilat - Azad və Demokratik Gənclər Birliyinin xarici ölkələrdə nümayəndəliklərinin açılması prosesinə start veriləcək.

Daha sonra adıçəkilən təşkilatların rəhbərləri birləşməklə bağlı saziş imzalayıblar.

Xəbər lenti

Xəbər lenti