...

Nazir: ATƏT-in Minsk Qrupu həmsədrləri növbəti məsləhətləşmələri avqustda Parisdə keçirəcək

Siyasət Materials 14 İyul 2006 20:18 (UTC +04:00)
Nazir: ATƏT-in Minsk Qrupu həmsədrləri növbəti məsləhətləşmələri avqustda Parisdə keçirəcək

ATƏT-in Minsk Qrupu həmsədrləri növbəti məsləhətləşmələri avqustda Parisdə keçirəcək. Bu barədə, Trend agentliyinin məlumatına əsaən, iyulun 14-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, nazir dünən Türikiyədə ATƏT-in Minsk Qrupu həmsədri Metyu Brayza ilə görüşüb. M.Brayza iyulun sonu-avqustun əvvəlində əvvəl İrəvan, sonra isə Bakıya səfər etmək niyyətində olduğunu deyib.

E.Məmmədyarovun dediklərinə görə, səfər zamanı vəziyyət təhlil olunacaq və danışıqlar prosesinin irəliləməsi mümkünlüyü müzakirə ediləck. O əlavə edib ki, Amerikalı diplomatın bir sıra təklifləri var.

Nazir qeyd edib ki, danışıqlarda 8-10 bəndin müzakirəsi davam edir. Bu bəndlərin əksəriyyəti razılaşdırılıb və tərəflər hələ 1-2 məsələ ilə bağlı razılığa gələ bilmir.

Nazir həmçinin deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü məsələsi hələ açıqdır. Bu məsələ M.Brayzanın regiona səfəri zamanı müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti