...

YAP gənclərinin Türkiyəyə səfəri gözlənilir

Siyasət Materials 17 İyul 2006 13:24 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) Gənclər Təşkilatları arasında iki əməkdaşlıq protokolu imzalanacaq. Bu barədə Trend ə YAP Gənclər Təşkilatının sədri Ramil Həsənov bildirib.

R.Həsənov sənədin hər iki partiyanın ali orqanlarında müzakirə olunacağını bildirib: "Protokol təsdiqləndikdən sonra tərəflər arasında imzalanacaq. Ola bilsin ki, YAP-ın nümayəndə heyəti bu məsələ ilə bağlı avqust-sentyabr aylarında Türikyəyə səfər etsin. Çünki oktybarda Türkiyənin hakim ƏİP-nin növbəti qurultayı keçiriləcək. İndi bu partiya qurultaya hazırlaşdığından əməkdaşlıqla bağlı protokollarımızın ya qurultayadək imzalanacağı, ya da sonraya saxlanılacağı gözlənilir".

R.Həsənov qeyd edib ki, protokolda mübadilə proqramları, iki partiyanın siyasi strategiyasının müxtəlif nöqtələrinin bir-biri ilə paylaşılması, həmçinin bu strategiyanın öyrənilməsi ilə bağlı kurslarda iştirak etmək göstərilib: "Ədalət və İnkşiaf Partiyasının Siyasət Elmlər Akademiyası var. Gələcəkdə partiyamızın gənclərinin bu akademiyada aparılan seminarlarda iştirakı da nəzərdə tutulub".

YAP rəsmisi onu da qeyd edib ki, hər iki partiyanın Gənclər Birliklərinin rayonlardakı təşkilatlarının da inkişafı məlum protokolda nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti