...

Nazirlər Kabineti kənd təsərrüfatı məhsullarının bahalaşması problemini müzakirə edib

Siyasət Materials 17 İyul 2006 20:50 (UTC +04:00)

Iyulun 17-də Nazirlər Kabinetində bazarlarda kənd təsərrüfatı məhsullarının satış qiymətlərinin kəskin bahalaşması, onun səbəbləri və bunun qarşısının alınması yolları ilə bağlı müşavirə keçirilib.

Trend agentliyinin məlumatına əsasən, baş nazir Artur Rəsizadə deyib ki, bazarlarda son günlər aparılmış monitorinqlər nəticəsində əsas kənd təsərrüfatı məhsullarının qiymətlərinin bahalaşmasının müəyyən edildiyini, bu vəziyyətin vətəndaşları, xüsusilə paytaxtın alıcılıq qabiliyyəti aşağı səviyyədə olan sakinlərini və təbii ki, respublika hökumətini də ciddi narahat edir. Onun sözlərinə görə, azad bazar iqtisadiyyatı şəraitində hökumətin bu və ya digər məhsulların, malların qiymətini tənzimləmək, ona təsir etmək imkanları xeyli azalıb. Lakin bununla bərabər, hökumət bu xoşagəlməz proseslərə biganə qala bilməz.

Bahalaşmanın səbəbləri kimi baş nazir, əhalinin gəlirlərinin artmas və bununla yanaşı kənd təsərrüfatı məhsulları bazarının ayrı-ayrı şəxslər tərəfindən inhisara alması hallarını önə çəkib. Ən uğurlu misal kimi Bakının Nərimanov rayonunda Lənkəran rayonunun kənd təsərrüfatı məhsullarının yarmarkasının təşkilini göstərib ki, burada qiymətlər təxminən iki dəfə aşağı idi.

Bir sıra nazirliklər və qurumların rəhbərlərinin çıxışlarından sonra Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev müşavirəyə yekun vuraraq bildirib ki, prezidentin tapşırığı ilə yaranmış vəziyyəti yaxşılaşdırmaq, qiymətlərin aşağı enməsinə təsir göstərmək, yarmarkalar təşkil etmək və bu prosesə ciddi nəzarət etmək lazımdır.

Xəbər lenti

Xəbər lenti