...

Astanada MDB DİN başçıları Şurasının növbəti iclası keçiriləcək

Siyasət Materials 18 İyul 2006 14:42 (UTC +04:00)

İyulun 28-30-da Astanada MDB-yə üzv ölkələrin daxili işlər nazirləri Şurasının növbəti iclası keçiriləcək. Bu barədə Trend ə MDB İcraiyyə Komitəsindən məlumat verilib.

İclasın gündəliyinə təxminən 15 məsələ daxil ediləcək. MDB hüquq mühafizə orqanları başçıları beynəlxalq terror, qanunsuz kimyəvi maddələlər, silah daşınması və alveri, o cümlədən insan alveri ilə mübarizədə qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edəcək. Gündəliyə, həmçinin, dövlətlərarası sazişlərin bir sıra layihələrinin razılaşdırıması məsələləri də daxil ediləcək.

İclasda Azərbaycan da daxil olmaqla, MDB-yə üzv olan bütün dövlətlərin nümayəndə heyətlərinin iştirak edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti