Azərbaycanla İndoneziya arasında ikitərəfli əməkdaşlığın inkişafı üzrə 19 saziş layihəsi hazırlanıb. Bu barədə Trend ə Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyev eksklüziv olaraq bildirib.
Onun sözlərinə görə sənədlər bütün əməkdaşlıq sahələrini, o cümlədən, siyasi, iqtisadi, mədəni və humaniatar sahələrini əhatə edir. Layihələr artıq İndoneziya hökumətinə təqdim olunub və cavab gözlənilir.
Diplomatın dediklərinə görə, əlaqələrin hərtərəfli inkişaf etdirilməsi üçün tərəflərin siyasi iradəsi var və bu məsələ həyata keçiriləcək.