...

Meriya DEVAMM-ın iyulun 23-ə planlaşdırdığı yürüş-mitinqə icazə vermyəib

Siyasət Materials 21 İyul 2006 17:35 (UTC +04:00)

Bakı şəhər İcra Hakimiyyəti Dini Etiqadlar və Iicdan Azadlıqları Müdafiə Mərkəzinin (DEVAMM) İsrailin Livana qarşı hərbi əməliyyatlarına etiraz olaraq keçirmək istədiyi yürüş-mitinqə icazə verməyib. Bu barədə Trend ə DEVAMM-ın rəhbəri İlqar İbrahimoğlu bildirib.

Qeyd edək ki, DEVAMM məlum məsələ ilə bağlı aksiyasını iyulun 23-də saat 17.00-dan 18.00-dək metronun "20 Yanvar" stansiyasından "Qələbə" meydanınadək yürüş-mitinq keçirməyi planlaşdırıb.

İ.İbrahimoğlu qeyd edib ki, meriya onlara məlum məsələ ilə bağlı etirazlarını mətbuat vasitəsilə, müxtləif tədbirlər keçirməklə bildirməyi təklif edib: "Gələn həftədən başlayaraq bu məsələ ilə bağlı bir sıra tədbirlər keçirəcəyik. Ancaq İsrailin Livana qarşı apardığı hərbi əməliyyatlara etiraz olaraq aksiyaları gündəmdə saxlamışıq. Ola bilsin ki, tədbirlərin ardınca aksiyalar keçirək".

Xəbər lenti

Xəbər lenti