...

Anjey Kasprşik: İşğal olunmuş Azərbaycan torpaqlarındakı yanğınlar haqqında ATƏT-in hesabatı üzv dövlətlərə Vyanada təqdim olunacaq

Siyasət Materials 22 İyul 2006 11:42 (UTC +04:00)
Anjey Kasprşik: İşğal olunmuş Azərbaycan torpaqlarındakı yanğınlar haqqında ATƏT-in hesabatı üzv dövlətlərə Vyanada təqdim olunacaq

İşğal olunmuş Azərbaycan ərazilərindəki yanğınlarla əlaqədar ATƏT tərəfindən hazırlanmış hesabat tanışlıq üçün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova təqdim olunub. Sənəd həmçinin Vyanada ATƏT üzv dövlətlərinə və Ermənistanın xarici işlər naziri Vardan Oskanyana da təqdim olunacaq. Trend agentliyinin məlumatına əsasən, bu barədə ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik "ATI" telekanalına müsahibəsində bildirib.

7 səhifəlik sənəddə şeyd olunur ki, ATƏT rəsmi Bakı ilə ekologiya sahəsində əməkdaşlıq etmək niyyətindədir. Monitorinq zamanı deyilib ki, sərhəd zonasında yanğınların qarşısının alınması üçün kifayət qədər vəsait yoxdur. Bununla əlaqədar texniki yardıma ehtiyac var.

Qeyd edək ki, Azərbaycan XİN-in Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadənin sözlərinə görə, nazirlik A.Kaspşikin hesabatını öyrənib. Burada işğal olunmuş ərazilərdə yanğın faktı təsdiqlənir. Hesabtda çıxarılan nəticə ondan ibarətdir ki, münaqişə tərəflərinin yanğınlarla mübarizə etmək üçün texniki vəsaiti yoxdur və bu məqsədlə beynəlxalq yardım təklif olunur. T.Tağızadə deyib ki, hesabatda yanğının səbəbləri qismində bir neçə variant göstərilib.

Xəbər lenti

Xəbər lenti