...

Batumidə "Biz demokratiyaya və azadlığa inanırıq" mövzusunda beynəlxalq konfrans keçiriləcək

Siyasət Materials 22 İyul 2006 11:44 (UTC +04:00)

İyulun 24-dən 28-dək Batumidə "Biz demokratiyaya və azadlığa inanırıq" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Konfransda Milli Məclisin deputatları Qənirə Paşayeva, Rauf Əliyev, Fuad Muradov və Eyvaz Qurbanov iştirak edəcək.

Tədbirdə Gürcüstanın xarici siyasətinin prioritetləri, bu ölkənin daxili təhlükəsizlik siyasəti, iqtisadi ticarəti, Trans-Avropa enerji və nəqliyyat şəbəkəsinin inkişafında Gürcüstanın rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq. Deputatlarımız müzakirələrdə iştirak edəcək, gündəlikdəki məsələlərə münasibətlərini bildirəcəklər.

Xəbər lenti

Xəbər lenti