...

Azərbaycan prezidenti idmançıların Pekin yay olimpiya oyunlarına hazırlaşdırılması haqqında sərəncam imzalayıb

Siyasət Materials 24 İyul 2006 21:00 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əliyev iyulun 24-də idmançıların 2008-ci ildə Pekində keçiriləcək 29-cu yay olimpiya oyunlarına hazırlaşdırılması haqqında sərəncam imzalayıb.

Hazirlər Kabinetinə Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təqdim etdiyi xüsusi proqramlara əsasən milli yığma komandaların hazırlıq mərhələsində təlim-məşq toplanışlarının keçirilməsini, idmançıların rəsmi beynəlxalq yarışlarda iştirakını, ölkədə lisenziya yarışlarının təşkilini və nəzərdə tutulan digər tədbirlərin həyata keçirilməsini təmin etmək üçün maliyyə məsələlərini həll etmək tapşırılıb.

Sənəddə olimpiadaya hazırlıq mərhələsində Milli Olimpiya Komitəsi, Gənclər və İdman Hazirliyi və bütün milli idman federasiyalarının səylərinin birləşdirilməsi zərurəti vurğulanıb.

Xəbər lenti

Xəbər lenti