...

"İrəvan" Azadlıq Təşkilatının üzvləri BMT-nin qaçqınlar üzrə ali komissarı ilə görüşəcək

Siyasət Materials 25 İyul 2006 18:03 (UTC +04:00)

"BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycan üzrə nümayəndəliyindən bildiriblər ki, komissar Bakıya gələndə sizi qəbul edəcək". Bu barədə Trend ə "İrəvan" Azadlıq Təşkilatının sədri Təbriz Musayev bildirib.

T.Musayev qeyd edib ki, onlar komissarla görüşmək üçün qurumun Bakıdakı nümayəndəliyinə müraciət ediblər: "Bizə bildirdilər ki, komissar bu yaxınlarda Azərbaycana səfər edəcək. Onda onunla görüşmək imkanı əldə edəcəksiniz və problemlərinizi birbaşa ona çatdırarsınız". T.Musayev bildirib ki, məqsədləri 1988-ci ildə Qərbi Azərbaycandan qaçqın düşən 200 mindən çox azərbaycanlıya qaçqın statusunun verilməsi məsələsini müzakirə etməkdir.

T.Musayev əlavə edib ki, BMT-nin qaçqınlar haqqında xüsusi illik hesabatında Azərbaycanda 8 min qaçqının olduğu göstərilib: "Biz isə bu rəqəmlə razı deyilik. Ona görə də bu məsələyə BMT səviyyəsində yenidən aydınlıq gətirilməlidir. Azərbaycanda 1988-ci ildə baş verən məlum hadisələr nəticəsində indiki Ermənistan adlanan Qərbi Azərbaycandan 200 mindən çox qaçqının məskunlaşmasını sübut etməliyik". T.Musayev onu da əlavə edib ki, bu məsələ ilə bağlı Milli Məclisə etdikləri müraciət 384 saylı nömrə altında qeydə alınıb.

Qeyd edək ki, "İrəvan" Azadlıq Təşkilatı 1988-ci ildə Qərbi Azərbaycandan qaçqın düşən azərbaycanlılar tərəfindən yaradılıb.

Xəbər lenti

Xəbər lenti