...

Gəncədə nümunəvi məhəllə salınır

Siyasət Materials 26 İyul 2006 19:37 (UTC +04:00)

3 № li Mənzil İstismar Sahəsindən aldığımız məlumata görə şəhərin 4-cü mikrorayonu ərazisində nümunəvi məhəllə salınır. Rəis Araz Quliyevin sözlərinə görə, məhəllə uşaq əyləncə mərkəzindən, idman meydançasından və istirahət guşəsindən ibarət olacaq.

Sahə rəisi bildirib ki, məhəlləyə yeni asfalt örtükdə çəkiləcək. Belə ki, işlər MİS-nin daxili imkanları hesabına aparılsa da, asfalt örtüyü Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyi çəkdirəcək.

Qeyd edək ki, nümunəvi məhəllə təxminən 6 binanın əhalisinin xidmətində olacaq.

Quliyev bildirib ki, məhəllənin inventarlarına qulluq etmək üçün xüsusi işçi də ayrılacaq.

Xəbər lenti

Xəbər lenti