...

Rəfael Hüseynov: "Cənubi Qafqazda mədəni irsin araşdırılması ilə bağlı AŞPA-nın baş katibi Terri Devisin təklifi ilə ekspert qrupu yaradılıb"

Siyasət Materials 29 İyul 2006 12:46 (UTC +04:00)
Rəfael Hüseynov: "Cənubi Qafqazda mədəni irsin araşdırılması ilə bağlı AŞPA-nın baş katibi Terri Devisin təklifi ilə ekspert qrupu yaradılıb"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) baş katibi Terri Devisin təklifi ilə Cənubi Qafqazda mədəni irsin araşdırılması ilə bağlı ekspert qrupu yaradılıb. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynov bildirib.

R.Hüseynov qeyd edib ki, AŞPA-nın baş katibi bu məsələ ilə bağlı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə və Xarici İşlər Nazirliyinə müraciət edib: "Qərara alınıb ki, payızda bu ekspert qrupu regiona gəlib araşdırma aparsın". Millət vəkili bildirib ki, belə bir ekspert qrupunun yaradılması əhəmiyyətlidir.

R.Hüseynov Böyük Britaniyadan olan deputat, Cənubi Qafqaz üzrə mədəni irsin araşdırılması missiyasının rəhbəri Edvard O`Haranın bölgəyə səfərinin də gündəmdə saxlanıldığını bildirib. Qeyd edək ki, AŞPA-nın elm və təhsil komitəsinin mayın 17-18-də keçirilən iclasında Edvard O`Haranın regiona səfəri mayın 28-də müəyyənləşdirilmişdi. E.O`Hara əvvəlcə Azərbaycana gələcək, burada tədqiqat aparacaq, daha sonra Naxçıvana oradan Gürcüstana və Ermənistana səfər edəcəkdi. Ancaq naməlum səbəblərə görə onun səfəri baş tutmayıb.

Millət vəkili bildirib ki, üzvü olduğu AŞPA-nın mədəni irsə yardım komitəsinin sentyabrda toplantısı keçiriləcək: "O`Haranın regiona səfəri həmin komitədə müzakirə olunacaq". R.Hüseynov onu da bildirib ki, Cənubi Qafqazda mədəni irslə bağlı həm O`Haranın, həm də T.Devisin təklifi ilə təşkil edilən ekspert qrupunun araşdırmalar aparılması vacibdir.

Xəbər lenti

Xəbər lenti