...

Azərbaycan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının yaradılmasına dair təklifləri BƏƏ-yə təqdim edib

Siyasət Materials 31 İyul 2006 17:16 (UTC +04:00)

Azərbaycan hökuməti hökumətlərarası müştərək iqtisadi əməkdaşlıq komissiyasının yaradılmasına dair təkliflərini Birləşmiş Ərəb Əmirlikləri hökumətinə təqdim edib. Bu barədə Trend ə Azərbaycanın Nazirlər Kabinetindən məlumat verilib.

Hökumətlərarası komissiyanın yaradılması ilə bağlı razılaşma Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun BƏƏ-yə səfəri zamanı əldə olunub. Hökumətdən hesab olunur ki, Azərbaycan və BƏƏ arasında ikitərəfli iqtisadi əməkdaşlığı inkişaf etdirmək, neft, enerji və digər sahələrdə fikir mübadiləsi aparmaq üçün böyük imkanlar var. Tərəflər, həmçinin, Azərbaycan və BƏƏ arasında mövcud ticarət dövriyyəsinin həcmini artırmaq üçün bir sıra addımlar atmaq niyyətindədir.

Hökumətdə hesab edilir ki, hökumətlərarası müştərək komissiyanın yaradılması iqtisadi və ticarət əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Yaxın vaxtlarda Nazirlər Kabineti komissiyanın tərkibinin formalaşdırılması prosesini başa çatdıracaq və prezidentin təsdiqinə təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti