...

Eldar Qaradağlı: "Cavad Derəxti yenidən DAK sədrliyinə namizəddir"

Siyasət Materials 1 Avqust 2006 16:04 (UTC +04:00)

Trend-i buradan izləyin

Dünya Azərbaycanlıları Konqresinin (DAK) növbəti qurultayında Dağlıq Qarabağ məsələsi ilə bağlı dünyaya müraciət qəbul olunacaq. Bu barədə Trend ə Azərbaycanda səfərdə olan DAK sədrinin müavini Eldar Qaradağlı bildirib.

E.Qaradağlı bildirib ki, qurultaya hazırlıqla bağlı Türkiyədə bir sıra görüşlər keçirdikdən sonra Bakıya gəlib. Yenidən İstanbul və Ankaraya dönüb görüşlərimi davam etdirəcək. DAK rəmisi onu da vurğulayıb ki, konqresin növbəti qurultayı əsasən mandatlar üzərində keçiriləcək: "Yəni qurultaya konqresin içindən nümayəndələr seçiləcək. Amma qonaqlarımız da olacaq. Ümumiyyətlə bu ildən etibarən qurultaylarımız yalnız mandatlar üzərində keçiriləcək".

E.Qaradağlı əlavə edib ki, qurultayın gündəliyinə Güney Azərbaycanda baş verən məlum olaylar və Dağlıq Qarabağ və təşkilati məsələlər daxil edilib: "Qurultayın birinci günü Güney Azərbaycanda baş verən olaylara həsr olunacaq. Dağlıq Qarabağ problemi ilə bağlı isə qurultayın adından bütün dünyaya müraciət qəbul olunacaq". E.Qaradağlı vurğulayıb ki, təşkilati məsələlərin müzakirəsində yeni seçimlər də olacaq.

"DAK sədrliyinə namizədlərin adları məlumdurmu" sualımızı cavablandıran E.Qaradağlı bildirib: "Hələlik onların adlarının açıqlanmağı məqsədəuyğun saymıram. Amma Cavad Derəxti kollektiv tərəfindən yenidən DAK-ın sədrliyinə namizəddir".

Qeyd edək ki, DAK-ın 9-cu qurultayı dekabrın 9-11-də Brüsseldə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti