...

Hacıağa Nuri: "Nardaranlılar yenidən ayağa qalxa bilər"

Siyasət Materials 1 Avqust 2006 18:12 (UTC +04:00)

İsrail Livana qarşı hücumlarını dayandırmasa, Bakının Nardaran kəndinin əhalisi yenidən ayağa qalxacaq. Bu barədə Trend ə Azərbaycan İslam Partiyasının sədri Hacıağa Nuri bildirib.

Qeyd edək ki, Nardaran əhalisi məlum məsələ ilə bağlı iyulun 31-də İmam Hüseyn meydanında etiraz mitinqi keçirib: "Bu mitinq təkrarlanmasın deyə İsrail dövləti Livana qarşı hücumlarını dayandırmalıdır. Yoxsa mitinqimizin miqyası genişlənə bilər". H.Nuri onu da bildirib ki, əgər iyulun 31-də keçirilən mitinqdə 200-dən çox nardaranlı iştirak edibsə, növbəti mitinqdə bu rəqəm minlərlə ölçüləcək.

H.Nuri onu da əlavə edib ki, mitinqin keçirilməsinə təşəbbüs nardaranlıların özləri tərəfindən gəlib: "Heç bir kənar qüvvə bu işdə maraqlı olmayıb. Bizim İsraildən tələbimiz odur ki, Livanda dinc əhalini qətlə yetirməsin. Onun hədəfi terrorçu dəstələri məhv etməkdisə, gücünü bu istiqamətə yönəltsin".

Xəbər lenti

Xəbər lenti