...

MSK bələdiyyə seçkiləri ilə bağlı normativ aktlar və sənəd formalarını təsdiq edib

Siyasət Materials 3 Avqust 2006 12:48 (UTC +04:00)

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçirilən seçkilərlə bağlı bir sıra normativ aktlar və sənəd formalarını təsdiq edib. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Bu günə kimi Komissiyanın qərarı ilə 11 Təlimat, 1 Əsasnamə, 1 qayda, 2 izah, 1 siyahı, 8 sənəd forması təsdiqlənib. Həmin sənədlərin hazırlanmasında məqsəd sözügedən seçkilərin keçirilməsi üçün normativ bazanın yaradılması və seçki münasibətlərinin tənzimlənməsidir.

Artıq bu sənədlər MSK-nın hazırladığı toplularda cəmləşdirilərək çap olunub və aşağı seçki komissiyalarına çatdırılıb.

Xəbər lenti

Xəbər lenti