...

Azər Mürsəliyev: Rusiya-Gürcüstan münasibətlərinin pisləşməsi RF bazalarının bu ölkədən çıxarılması ilə bağlı deyil

Siyasət Materials 3 Avqust 2006 13:31 (UTC +04:00)
Azər Mürsəliyev: Rusiya-Gürcüstan münasibətlərinin pisləşməsi RF bazalarının bu ölkədən çıxarılması ilə bağlı deyil

Rusiya-Gürcüstan münasibətlərinin pisləşməsi RF bazalarının bu ölkədən çıxarılması ilə bağlı deyil. Bu barədə Trend ə Rusiyanın tanınmış "Kommersant" qəzetinin baş redaktor müavini, politoloq Azər Mürsəliyev bildirib.

O hesab edir ki, bu, müxtəlif məsələlərlə, o cümlədən Gürcüstanın NATO-ya daxil olmaqda israrlı mövqeyinə Rusiyanın açıq narazılığı ilə bağlıdır.

"Rus hərbçiləri hələ də NATO-nu potensial düşmən blok hesab edir və NATO-nun Rusiyanın cənubunda, bu qədər həssas bir məkanda görünməsi, əlbəttə, narahatlıq, qıcıq və hansısa yolla bunun qarşısını almaq arzusu oyadır", - deyə A.Mürsəliyev qeyd edib.

Onun fikrincə, əsas mübahisəli məqam Rusiyanın Abxaziyadakı Qudauti bazasıdır. Gürcüstan bu bazaya nəzarət etmir və özünün bu bazanın ərazisinə buraxılmasını və burada monitorinq keçirilməsini istəyir.

Gürcüstanın Kodori dərəsində apardığı əməliyyatdan sonra yaranmış vəziyyətə gəlincə, A.Mürsəliyev qeyd edib ki, vəziyyətin təhlükəli inkişafının bir məqamı - əməliyyatın aparılması artıq geridə qalıb.

"Bu əməliyyatın daha böyük toqquşmaya gətirib çıxarmaq riski var idi. Ancaq indi, fikrimcə, "dünyaların müharibəsi" gedir. Aydındır ki, Gürcüstan öz hissəsindən çıxmayacaq. Əgər ehtimal olunsa ki, Abxaziyanın statusu da mübahisəlidir, hətta bu halda da Kodori dərəsinin yurisdiksiyası mübahisə doğurmur və Gürcüstanın buradan getməsinin heç bir mənası yoxdur", - deyə politoloq hesab edir.

Onun fikrincə, indi "hədəgəlmə vaxtıdır, yəni abxaz tərəfi döyüş əməliyyatı aparacağı, könüllülərin Şimali Qafqazdan daxil ediləcəyi və s. ilə hədələyir.

"Ancaq aydındır ki, indiki Rusiyada heç bir uydurma könüllü, heç bir Qafqaz xalqları Konfederasiyası bu işdə müstəqil iştirak edə bilməz. Əgər ora xeyli sayda könüllü gedərsə, o zaman bu, sanksiyalaşdırılmış və hətta Moskva tərəfindən mütəşəkkil əməliyyat olacaq", - deyə A.Mürsəliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti