...

Viktor Yanukoviç baş nazir vəzifəsində Ukraynanın birləşməsinə çalışacaq

Siyasət Materials 4 Avqust 2006 12:54 (UTC +04:00)

Baş nazir vəzifəsində Viktor Yanukoviçin əsas məqsədi Ukraynanın birləşməsi olacaq. Bu barədə o, bu gün, Ukrayna Ali Radasında baş nazir vəzifəsinə namizədliyi ilə bağlı səsvermə ərəfəsində V.Yanukoviç "İzvestiya" qəzetinə müsahibəsində bəyan edib.

"Mənim üçün ən əsas - ölkəmin birləşməsidir. Biz Ukraynanın birliyi naminə çalışan insanları bir komandaya yığmışıq. Biz Ali Radanın sədri Aleksandr Morozu ona görə dəstəkləmişik ki, o, dövləti birləşdirməyə qadir siyasətçidir", - deyə Yanukoviç bildirib. "Mən daha çox xeyir verəcəyim yerdə olmağa üstünlük verirəm. Bu, Nazirlər Kabinetidir", - deyə o qeyd edib.

Yanukoviç qeyd edib ki, ilk dəfə baş nazir vəzifəsində olan dövrdə öz işinin nəticələrindən razı idi. İndi, onun sözlərinə görə, daha çox iş görmək olar, çünki hökümət - koalision hökümətdir və parlamentlə əməkdaşlıq edə bilər. Eyni zamanda "ölkənin iqtisadi vəziyyəti 2004-cü ildə olduğundan pisdir", - deyə Yanukoviç qeyd edib və vəd edib ki, ölkəyə sərmayə cəlb edəcək. Yalnız hökümətin geniş koalisiya ilə əməkdaşlığı nəticəsində ölkənin iqtisadi artımının sabitləşməsinə nail olmaq olar.

Viktor Yanukoviç qeyd edib ki, Rusiya "Ukraynanın strateji tərəfdaşı olub və olacaq". "Bunun tarixi səbəbləri var. Və bunu danmaq olmaz. Əgər biz Rusiyanı tərəfdaş kimi qəbul etsək, o zaman əsas məsələləri, o cümlədən qaz məsələlərini də həll edə biləcəyik", - deyə o bildirib. Bu barədə İTAR-TASS xəbər verib.

Xəbər lenti

Xəbər lenti